Bu gün:


Azyaşlı idman mərkəzinin hovuzunda boğuldu

Tarix: 19.07.2023 / 17:28  •   Oxundu: 136 dəfə  •  

Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb.
 
İDEAL-ın məlumatına görə, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsində yerləşən “Megacity” fitness və spa mərkəzində qeydə alınıb.
 
Belə ki, nəzarətsiz qalan 2020-ci il təvəllüdlü G.Məmmədli hovuza yıxılıb. Nəticədə o, boğularaq ölüb.
 
Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.