“Bizim sığortalanmamış əmanətimiz olmamalıdır. Biz bunu qarşıya məqsəd kimi qoyaraq addım-addəm ona doğru getməliyik”.
Bu sözləri Milli Məclisin iclasında çıxışı zamanı deputat Aydın Mirzazadə deyib.
Deputat insanların banklara etimad göstərməsinin vacibliyini bildirib və qeyd edib ki, bunun üçün müəyyən addımlar atılmalıdır: “Mən o fikirlə razı deyiləm ki, insanlar banklara pul qoymaq üçün imkanlara malik deyil. Azərbaycanda kifayət qədər biznesmenlər, yüksək maaş alan insanlar var. Hesab edirəm ki, vətəndaş banka inamını yüksəltməlidir”.
Deputat əlavə edib ki, ona Mingəçevir şəhərindən və digər yerlərdən müraciətlərolur: “Təəssüflər olsun ki, gec ediblər. Bir sıra hallarda insanların banklardan aldığı vəsaiti vaxtından ödəyə bilmədiyi üçün mənzilləri əlindən alınır. Məncə, bu doğru deyil. Ola bilsin ki, ailədən bir nəfər bankdan kredit götürüb və ödəyə bilməyib. Amma buna görə, həmin ailənin digərlərini cəzalandırmaq doğru deyil. Mən bu kimi hallarla əlaqədar banklara müraciət edirəm. Bəzən həll edilir, bəzən olmur. Hesab edirəm ki, qanuna dəyişiklik edilməlidir. İnsanların ödəyə bilmədiyi bank faizləri və ya kreditlərə görə, mənzilləri əllərindən alınmamalıdır. İnsanlar aldıqları vəsaitləri geri qaytarmaqdan imtina etmirlər, sadəcə müəyyən şəraitə görə, vaxtında qaytara bilmirlər. Düşünürəm ki, belə hallarda banklar müqaviləni uzada bilər”.