Bu gün:


Sülh müqaviləsinin hazırlanması üzrə işlər fəallaşdırılacaq

Tarix: 21.09.2023 / 16:59  •   Oxundu: 54 dəfə  •  

Sülh müqaviləsinin hazırlanması üzrə işlər fəallaşdırılacaq

İDEALMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı bildirilib.
 
Qeyd edilib ki, 2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.