Bu gün:


Xocalıda tökülən qanlar yerdə qalmadı - Şəhid ailələri qələbəmizdən DANIŞIR

Tarix: 21.09.2023 / 17:14  •   Oxundu: 41 dəfə  •  

Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda apardığı 24 saatdan az davam edən antiterror tədbirləri separatçıların ağ bayraq qaldırması və təslim olması ilə nəticələndi.
 Antiterror tədbirləri zamanı 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
 Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur:
 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
 2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
 3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Şəhid ailələri Azərbaycan ordusunun növbəti qələbəsi ilə bağlı düşüncələrini İDEALMEDİA.az-la bölüşüb.