Bu gün:


Kənd məktəbində külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

Tarix: 22.09.2023 / 13:34  •   Oxundu: 63 dəfə  •  

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
 
Baş Prokurorluqdan İDEAL MEDİA.az-a verilən məlumata görə, araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə ibtidai istintaq davam edir.