Bu gün:


Paşinyana qarşı birləşən müxalifət liderlərinin SİYAHISI

Tarix: 22.09.2023 / 13:59  •   Oxundu: 41 dəfə  •  

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefasına nail olmaq üçün Milli Komitə yaradıldığını bəyan edib.

İDEAL MEDİA.az-a  xəbər verir ki, keçmiş baş nazir Vazgen Manukyan Milli Komitəyə kimlərin başçılıq edəvcəyini açıqlayıb.

“Biz - Hayk Mamicanyan, Avetik Çalabyan, Andranik Tevanyan, İşxan Saqatelyan və məndən ibarət 5 nəfər Milli Komitə yaratdıq. Biz məsələni mümkün qədər qanuni şəkildə həll etməliyik. Biz mümkün qədər tez itaətsizlik aksiyalarına başlamalıyıq”, - keçmiş baş bildirib.
 
O, komitənin tərkibinin genişləndirilməsinin vacibliyini də vurğulayıb:
 

“Həqiqətən, mənim vəzifə tutmaq üçün heç bir ambisiyam yoxdur. Hesab edirəm ki, ümumiyyətlə, keçmiş prezidentlərin də heç biri Ermənistan Respublikasının rəhbəri olmamalıdır”.
 
Manukyan deyib ki, hazırda ölkə rəhbərliyi xarici agentlərin əlindədir:

“Hakimiyyət dəyişikliyindən sonra nə baş verəcəyini xalqa izah etmək lazımdır. Bunun üçün müxtəlif partiyaların nümayəndələri öndə olmalıdır. İndi insanların çoxu Nikol Paşinyanın hakimiyyətdə olmasının əleyhinədir, xüsusən də “Artsax”la bağlı son insidentdən sonra. Biz xalqı birləşdirərək irəli getməliyik”.