Düşmənlə heç vaxt ünsiyyət qurmaq olmaz.
Tarix: 11.12.2020 / 16:00 •
Oxundu: 158 dəfə •
“Müharibə dövründə əsgərlərimizə baş çəkmək imkanımız oldu, onlara dəstək olduq. Bunu heç vaxt heç yerdə deməmişəm, qələbədən sonra bu haqda danışacağımı demişdim”
Bunu reper Qurd deyib:
“Müharibə dövründə əsgərlərimizə baş çəkmək imkanımız oldu, onlara dəstək olduq. Bunu heç vaxt heç yerdə deməmişəm, qələbədən sonra bu haqda danışacağımı demişdim. Çünki dövlətimizin qoyduğu qaydalara riayət etməliydik. Ən vacib olan bir məsələ isə odur ki, bunu reklam etməməliyik, əsgərlərimiz üçün nə ediriksə, bu bizim borcumuzdur”.
Reper qələbəmizlə bağlı bir mahnı da təqdim etdiyini bildirib:
“Qələbəylə bağlı bir rep hazırladım, amma istədiyim nəticəni vermədi, xoşuma gəlmədi. Amma çoxları mahnı yazdılar, bəziləri həqiqətən də qəşəng idi, amma elələri var idi ki, xala-xətirin qalmasın deyə yazılan musiqilər idi. Mən isə “Belə yazılır” adlı mahnımı təqdim etdim”.
Qurd müharibədə dostlarının da döyüşdüyünü və hətta yaxınlarından şəhidlik zirvəsinə ucalanların da olduğunu deyib:
“Cəbhədə döyüşən dostlarımız çox idi. Hətta qohumlarımdan da döyüşdə olanları var idi və şəhidlik zirvəsinə ucalanları da oldu. Məsələn, həyat yoldaşımın dayısı oğlu şəhid oldu. Müharibə təbii ki, itkisiz olmur. Biz o yerlərimizi şəhidlərimizin sayəsində işğaldan azad etdik. Allah cəmi şəhidlərimizi rəhmət eləsin”.
Reper heç vaxt düşmənlə barışsaq belə ünsiyyətdə olmayacağını və bunu övladlarına da aşılayacağını bildirib:
“Əlbəttə, xarici səfərlərimdə həmişə ermənilərlə rastlaşmışam. Amma heç vaxt ünsiyyət qurmamışam və heç ünsiyyət qurmaq da istəmirəm. Gələcəkdə isə övladlarıma deyəcəm ki, qələbə çalsaq da, bundan sonra münasibətlərimiz düzəlsə belə düşmənlə heç vaxt ünsiyyət qurmaq olmaz”.