7 saylı CÇM-də kənanizm "islahatları" davam edir
Tarix: 12.10.2023 / 12:15 •
Oxundu: 254 dəfə •
Bugün İDEAL-a daxil olan səhih məlumata görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı CÇM-də məhkumlara qarşı kənanizm "islahatları" sərhəd tanımır. Belə ki, son bir həftədə müəssisə daxilində kadr dəyişiklikləri baş vermişdir. Belə ki, qumarxanaya, porno filmlərin nümayiş etdirildiyi kluba, kafeyə, çayxanaya “yeni rəhbərlər” təyin edilmiş, köhnə rəhbərlərdən Əzimov Xəyal Malik oğlu karsa bağlanmışdır. Səbəbi olaraq ondan tələb olanunan beş min (5000) manat pulu zamanında çatdırmamasıdır.
Bundan əlavə etibarlı mənbələrimizdən aldığımız məlumata görə məhkumlara dövlət tərəfindən verilən ərzaq məhsulları bambılı rəis Rasim Bayramovun və onu idarə edən rəis müavini Kənan Orucuvun inhisarında fəaliyyət göstərən iaşə obyektlərində satılmaqdadır.
İstər məhkumlar, istərsə də vətəndaş cəmiyyətinin Ədliyyə Nazirinin müavini- Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova olan güvən və inamı böyükdür və hər kəs hesab edir ki, Mirsaleh Seyidov keçmir narko-tacir general-leytenant Ceyhun Həsənovun və onun qara kassası general-mayor Oqtay Məmmədovun çirkin kriminallarını təmizləyəcək. Görünür 7 saylı bazarın baş dəllalı Kənan Orucovun arxasına arxa olan iri buynuzlu prototip hələdə öz dominantlığını qoruyub saxlıyır, dövlətçilik ideallarını, qanunları taptalamaqda heç bir kompleks yaşamır.
Mövzu diqqətimizdədir.
Rüfət Kamil
