Bu gün:


BDYP-DƏ SARI QANUNLAR

Tarix: 17.10.2023 / 18:54  •   Oxundu: 531 dəfə  •  

Doğrudanda bu ölkədə hər bir dövlət məmurunun öz taxtı, öz qanunu, öz qaydası vardır. Heç bir anti- tezis hazırlamadan apardığımız araşdırmalar nəticəsində ortaya çıxan bir faktla hərkəsi tanış edirik. Bilirik, dünəndə bu gündə tovuzlu General-mayor Ramiz Zeynalovu kriminal konsentrik dairələr və eyni zamanda müxalifətdən iqtidara, iqtidardan müxalifətə daşınan əqidəsiz məxluqatlar bu və ya digər formada şəninə təriflər deyir apofeoz nöqtəsində dirəniş göstərib saxlayırlar.

 De-fakto, de-yure faktları ilə sizi tanış edirik:

1. Sizin 77BM653 nomreli neqliyyat vasiteniz 07.10.2023 tarixinde, 14883482 talon nomresi ile texniki baxisdan kecmisdir. 

www.asanpay.az, Tel : 108.

2. 77BM653 nomreli avtomobil 50 azn cerime edilmisdir. Endirim: 5 AZN. Tarix: 12.10.2023 07:47,Madde: 339.1-1. 

3.77BM653 nomreli NV-de mehdudiyyet (hebs): var. Daha etrafli DYP-de arasdira bilersiniz.

     Paradoksalldır,bütün bunlar sürücünün ondan qeyri-leqal tələb olunan rüşvətə etiraz etdikdən sonra baş vermişdir. Sürücünün bu mübahisəsi polis baş leytenantı Sarı Mustafayevlə Milli Qanunların şəxsi qaydalardan üstün olduğunu,dominantlıq təşkil etdiyini bildirərkən yaranmışdır. 

     Faktı olduğu kimi Daxili İşlər Nazirliyinə tərəfimizdən sorğu olaraq göndərəcəyik ki, bu cür saxta və qanunsuz buxovlamalar kimin və ya kimlərin diqtəsi ilə vətəndaşa qarşı sərgilənir?

     Bir halda ki, komputer sistemində belə bir saxtakarlığa tərərddüd etmədən imza atılır, o zaman vətəndaş cəmiyyətinin hətta cəriməni belə qaranlıq üsullarla ləğv etmək yollarında ittihamlarına nədən inanmayaq ki?

     Faktla bağlı BDYP-in Texniki Baxış İdarəsinin rəisi Mərdan Əliyevlə əlaqə saxladıq.Mərdan İbadulla oğlu 902 çağrı mərkəzilə əlaqə saxlamağı bildirdi.902 çağrı mərkəzində tıxac saatları bu ana kimi davam etməkdədir.

Mövzu diqqətimizdədir.

 

Polad Musayev