Bu gün:


SEPAH: ABŞ mövqelərinə zərbə endirilməlidir!

Tarix: 27.10.2023 / 13:05  •   Oxundu: 114 dəfə  •  

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Məhəmmədrza Nəqdi ABŞ və İngiltərəyə qarşı terror əməliyyatlarına çağırış edib.
IDEAL xəbər verir ki, o, İran mediasına müsahibəsində adıçəkilən iki ölkəyə qarşı terror əməliyyatları keçirənləri alqışlayıb.
“Müsəlman xalqlar müqavimət cəbhəsinə dəstək vermək istəyirlərsə, dünyanın hər yerində Amerika və İngiltərənin, onları dəstəkləyənlərin mövqelərinə zərbə vurmalıdırlar”, - Nəqdi deyib.