Bu gün:


PİVƏDƏN ÇÖRƏYƏ UZANAN HƏCİ

Tarix: 07.11.2023 / 20:55  •   Oxundu: 240 dəfə  •  

     Maştağa qəsəbəsində yerləşən “Xəyal” Holding barəsində yəqin ki, çoxları məlumatlıdır.

     Holdinqin qurucusu Fikrət adlı şəxs naməlum səbəblərdən intihar etmişdir və bu günə kimi ölüm səbəbləri hələdə açıq qalmaqdadır. 

     Əldə etdiyimiz məlumata əsasən Fikrət məllim dünyasını dəyişərkən “Xəyal” Holdinqin tabeçiliyində fəaliyyət göstərən pivə zavodunun direktoru hacı Elman Bağırov olmuşdur. Hansı ki, bu gün Hacı Elman “SƏRHAM” MMC-nin direktor müavinidir. Qəribə hallardan biridə budur ki, “SƏRHAM” MMC-nin rəhbəri Rasim Nəbiyev əvvəllər Maştağa kəndində araba içərisində “stuçnu” siqaret satırdı. Çərxifələk pivə satan Elmanı və “stuçnu” siqaret realizatoru Rasim Nəbiyevi bu gün oliqarxa çevirmişdir. Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu şəxslər tabeçiliyində olan əməkdaşların əməyini, şəxsiyyətini, ləyatəqini, fundamental  konstitusion   hüquqularını pozmaqda heç bir kompleks yaşamırlar.

     Onların qanundankənar əməllərinə “pritenziya” edə biləcək Dövlət Orqanları belə “SƏRHAM” MMC qarşısında öz satterit funksiyasını davam etdirirlər. Beləki, İstintaq Orqanlarından əldə etdiyimiz  məlumata əsasən həmin zavodda sürücü vəzifəsində çalışmış Quliyev İlkin Yunis oğlu bu ilin fevral ayında zavodun təyinatı üzrə Cəlilabad rayonuna çörək apararkən səhər saat 6-5 radələrində avtoqəza keçirmişdir. Başlıca səbəb isə sürücünün 8 deyil, 16 saat işləməsi ilə bağlıdır. Yorğun işçi istəmədən sükan arxasında yuxuya getmiş və bununla əlaqədar qəza baş vermişdir. 

     İlkin Quliyev çörəyə hörmət əlaməti olaraq “SƏRHAM” MMC rəhbərliyinin təlaşlarını nəzərə alaraq həmən vaxtı əmək müfəttişliyinə 8 saat işlədiyini bildirir. Ardınca çörəkləri “stucnu” siqaret və pivədən çıxan “həcilər” İlkin Quliyevi aldadaraq onun qüruru üzərində istədikləri rəqsi oynayırlar. Bu gün İlkin Quliyev zavod rəhbərliyinin istismarı nəticəsində 16 saatlıq iş rejiminə dözməyərək törətmiş olduğu avtoqəzaya görə məhkəmə qarşısındadır. 

     Hesab edirik ki, Cəlilabad rayon məhkəməsinin sədri və hakim Vüsal Cəbrayılıv daxili inamından dolayı İlkin Quliyevin təqsirsiz və günahsız olduğunu nəzərə alaraq onun sükan arxasında yatma səbəbini və səbəbkarlarını məsuliyyətəcəlbetmə cəsarətində olacaq.

Araşdırmamız davam edir.

PS: Material çapa hazırlanarkən öyrəndik ki, “SƏRHAM” MMC zavodunun kriminal aləmlə və eyni zamanda kənar müdaxilələr, məsələn jurnalist sorğusunu cavablandırmağa məsum olan şəxs, əslən Naxçıvandan olan Sərvər adlı “avtoritet”, poetik ifadə etsək Sərvər oğlu Adillə birlikdə zavodu idarə edən əsas fiqurlardır.

 

 Cavid Camal.