Düşmən Qarabağda meşələrdə gizlənir: ermənilərin məqsədi nədir?
Tarix: 12.12.2020 / 20:53 •
Oxundu: 217 dəfə •
Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törətdiyi təxribat zamanı düşmənin üç hərbçisi xəsarət alıb. Dekabrın 11-də saat 20:40 radələrində Hadrutda atışma olub, nəticədə üç erməni hərbçi yaralanıb.
Bu, noyabrın 10-dan, Azərbaycan, Rusiya və Ermənistan arasınıda imzalanmış bəyanatdan sonra Qarabağda düşmənin ilk silahlı təxribatı deyil.
Nə baş verir?
Ermənilərin sosial şəbəkələrdəki profillərində, akkauntlarında, səhifələrində, habelə Telegram-dakı kanallarında "Qarabağda partizan savaşı"na başlamaqla bağlı çağırışların sayı sürətlə artır.
İş o yerə çatıb ki, "partizan savaşı ilə bağlı fərdi fəaliyyət təlimat"ları da yayılır.
Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmadan narazı qalan erməni millətçilərlə şovinistlər bununla iki məqsəd güdürlər.
Onlar həm Ermənistan daxilində Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarının intensivliyini və miqyasını artırmaq, daxili siyasi situasiyanı mümkün qədər gərginləşdirmək, həm də Qarabağda vəziyyəti mümkün qədər ağırlaşdırmaq istəyirlər.
"Qarabağda partizan savaşı" bəyanatları faktiki olaraq açıq-aşkar terrorçuluq fəaliyyətinə çağırışlardır.
Bütün terror tərəfdarlarında olduğu kimi, belə çağırış müəliflərinin də məqsədləri arasında əks-tərəfdə, yəni Azərbaycanda mümkün qədər sərt reaksiya yaratmaqdır.
Bəyanat müəllifləri Qarabağdakı azərbaycanlı hərbçilərini antiterror aksiyalarına sövq etmək, sonra da baş verənləri "dinc qarabağlı ermənilərə qarşı repressiyalar" kimi qələmə vermək niyyətindədirlər.
Qarabağlı ermənilərin yaşamı, taleyi və gələcəyi belə bəyanatları yayanları maraqlandırmır.
Onlar əsla düşünmürlər ki, Qarabağda silahlı toqquşmalar olarsa, qarabağlı erməniləri nələr gözləyə bilər.
Düşmənin məqsədi aşkardır, çünki Qarabağda ermənilər teraktlara başlasalar:
1. Azərbaycanı qarabağlı erməniləri Qarabağdan bütünlüklə qovmaq istəyində
2. Ermənistan rəhbərliyini qarabağlı erməniləri qorumaq istəməməkdə
3. Rusiyalı sülhiməramlıları yerli ermənilərin təhlükəsizliyini təmin edə bilməməkdə
ittiham edəcəklər.
Ssenari çox bəsitdir və bütün bunlar törəmə məqsədlərdir.
Əsas hədəf Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış anlaşmanın və sülhməramlı prosedurların "işlək, effektiv olmadığını göstərmək"dir.
Ki, ABŞ və Fransa anlaşmaya yenidən baxılmağı, bəyanatın denonsasiyasını tələb edə bilsinlər.
Qarabağda "partizan savaşı" çağırışlarının arxasında Fransanın xüsusi xidmət strukturlarının durduğunu istisna etmirəm.
Erməni "voçxar"ların Qarabağda partizanlıq etmək istəklərinə gəldikdə isə.
Suisidal davranışın müalicəsi və terapiyası çətindir.
Qarabağda hər tərəfdən azərbaycanlıların əhatəsində olan ermənilərin partizanlıq istəklərinin bir sonucu ola bilər - letal sonluq.
"Xaçapet döyüşçülər"i aktivləşsələr, onlar dörd sümük üstə qoyulacaqlar.