Bu gün:


DƏLƏDUZ ŞƏBƏKƏYƏ HİMAYƏDARLIQ EDƏN PEZƏVƏNG KİMDİR?

Tarix: 08.12.2023 / 21:45  •   Oxundu: 563 dəfə  •  

Dələduz şəbəkənin məşhur üzvlərindən olan “T-Finans LTD” MMC-nin rəhbəri şəhid ailələrinə və o cümlədən 50 nəfərdən artıq vətəndaşlara qarşı dələduzluq cinayəti törətmiş İlyasova İlahə Rasim qızının əməllərinə Nizami Rayon Polis İdarəsinin müstəntiqi Cəmşid Sadıqov yamaq tikməkdədir.

     Belə ki, dələduzun anası və eyni zamanda “T-Finans LTD” MMC -nin əsl rəhbəri Minayə Həmidova bu gün  zərərçəkmiş şəxslərin bir neçəsi ilə görüşüb bildirmişdir ki: “sizin şikayətlərin heç bir əhəmiyyəti yoxdur və sizə çatacaq pulun bir hissəsini polisə verib məsuliyyətdən azad ediləcəyik”. 

     Hazırda Nizami Rayon Polis İdarəsində adı axtarışda keçən Minayə Həmidovanın bu cür arxayın çıxışlarından əsəbləşən zərərçəkmişlər və eyni zamanda Şəhid ailələri "İDEAL MEDİA GROUP"na və eyni zamanda dövlət başçısı İlham Əliyevə müraciət edərək Nizami Rayon Polis İdarəsində müstəntiq Cəmşid Sadıqovun qanundankənar əməllərilə bağlı şikayət edərək onlara vurulmuş maddi, mənəvi və mülki ziyanlarının ödənilməsi üzrə istintaq hərəkətlərinin diqqətdə saxlanılmasını rica etmişlər. 

     Qeyd edək ki, hazırda Bakı İstintaq Təcridxanasında bir qarın çörək üçün məhkum qadınları aldatmaqda davam edən imtiyazlı dələduz şəbəkənin başçısı İlahə İlyasova həbs olunmamışdan öncə ölkədə fəaliyyət göstərən reket jurnalistikasının professoru Əli Həsənovdan miras qalmış buqələmun "mediaya" ağız ifraz edərək Azərbaycan Polisini və eyni zamanda Məhkəmə-Hüquq sistemini nəlayiq küçə söyüşlərilə təhqir etmişdir ki, bu barədə sosisal mediada kifayət qədər materiallar vardır. 

 

     Dələduzun səs yazıları şərh bölümündə.

 

Rüfət Kamil