Bu gün:


“Oğlum vurulan anda evdə ürəyim getmişdi”

Tarix: 13.12.2020 / 13:56  •   Oxundu: 230 dəfə  •  

“Zirə” futbol klubunun şəhid futbolçusu İlqar Bürcəliyevin anası İdman TV-nin onun oğlu haqda hazırladıqları “Bayraqdar” adlı sənədli filmində deyib. 
“27-si atası ilə danışanda əlimi uzatdım telefona ki, ver mən də danışım. O, otboy elədi, danışa bilmədim. Mesajlaşdıq. Papasını axtarırdı. O vaxt da set tutmurdu. Dedi ki, papa haradadır, mesaj çatmır ona. Dedim ki, deyərəm, yığar. Dedi ki, tez məni yığsın. Mən bilmirdim ki, onları aparırlar.
Uşaq 27-si şəhid olub, biz xəbəri 28-i bilmişik. 28-i yoldaşıma xəbər veriləndə mən küçədə yıxılmışam. Yoldaşıma zəng gəlib ki, burada bir xanım yıxılıb, gəlin. Yoldaşım gələndə gördüm ki, sifəti o sifət deyil. Uşaq vurulan momentdə isə evdə durduğum yerdə ürəyim getmişdi”, - deyə anası əlavə edib.