Bu gün:


Qeydiyyyata alınmış siyasi partiyalar YAP-ın törəmələridir

Tarix: 26.12.2023 / 17:10  •   Oxundu: 156 dəfə  •  

Hər kəs öz keçmişinin girovudur.  Demək olar ki,  bu ölkədə “siyasi arenada performans göstərən” bütün ictimai-siyasi “fəalları” hər kəs yaxından tanıyır və kimin hansı yuvanın quşu olduğunu da, tanıyırlar bilirlər. 

   Əslinə qalsa mövcud situasiya hakim partiyanın xoşuna gəlir. Çün ki, əqidəsi, mənliyi, vicdanı olmayan təlxəklərlə davranmaq xoşdur və onlar alçalmaqdan zövq alırlar və həm də hərkəs bilir ki, iqtidar komandasının “müdafiə xəttində” oturub kəm  baxanların və yedikləri qaba tüpürənlərin böyük əksəriyyəti bir zamanlar AXC və Müsavat şinelindən çıxmış cəsuslardır.

   Bütün bunların nəticəsidir ki, bugün iqtidar adından xalqa qarşı sərgilənən sərhədsiz münasibətsizliyə baxmayaraq xalqın önündə gedə biləcək real lider tanınmır.

    Və bütün bunlar hakim komandaya sərf edir və öz eyforik həyatlarını yaşamağa davam edirlər.

     Hökümət üçün bu və ya digər bir formada rəqib, alternativ  olabiləcək siyasi bir partiya mövcud deyil. Hökümət özünə rəqib və yaxud da ki, cuzi təhlükə hiss ediləcək partiyanı qeydiyyata almaz, qeydiyyata aldıqdan sonra ona maliyyə yardımı etməz.

Bugün bütün sifelarda olduğu kimi siyasi arenada da rejimə ciddi rəqib, ciddi kişi deyil, madyan lazımdır.