İDEAL Partiyasının təsis qurultayı baş tutdu
Tarix: 15.02.2021 / 18:44 •
Oxundu: 580 dəfə •
Bu gün İdeal Partiyasının Təşkilat Komitəsinin sədri Nazim Quliyev partiyanın təsis olunmağı ilə bağlı geniş hesabatla çıxış etmişdir. Hesabatda qeyd olunmuşdur ki, bu əlamətdar gündə partiya İdeal Partiyası adı altında dövlət qeydiyyatına alınması ilə bağlı təsis qurultayını keçirir.
Tədbirdə çıxış edən natiqlər partiyanın təsis olunmasını müsbət qiymətləndirərək öz təbriklərini söyləmiş, eyniz zamanda ölkənin ictimai-siyasi durumuna da münasibətlərini bildirmişlər. Sonra söz partiyanın üzvlərinə verilmişdir. Çıxış edənlər arasında İdeal Partiyasının Qaradağ rayon təşkilatının sədri İbrahimov Mahir, Səbail rayon təşkilatının sədri Əliyev Cəfər, Nəsimi rayon təşkilatının sədri İbrahimov Natiq, Binəqədi rayon təşkilatının sədri Vəliyev Sabir və digərləri öz nitqlərində Partiyanın əsas məqsədinin dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması sahəsində fəal iş aparmaq, vətəndaşlara azad, xoşbəxt və firavanlığı üçün köməkliyini göstərməkdir.
Partiyanın gələcək fəaliyyətində uğurlar və yeni-yeni nailiyyətlər arzu edən çıxışçılar partiyanın fəalları adında təsis qurultayının işinə bir daha yeni uğurlar arzulamışlar.
Təşkilat komitəsinin hesabat məruzəsi səsə qoyulmuş və qənaətbəxş hesab edilmişdir.
Fasilədən sonra sədrlik edən Əli Əlizadə elan etmişdir ki, mandat komissiyası öz işini başa çatdırmışdır. Ə.Əlizadı daha sonra sözü komissiyanın üzvü Mahmud Hacıyevə vermişdir. Beləliklə, qurultay nümayəndələri mandat komissiyasının protokolu ilə tanış edilmişlər.
Bununla da mandat komissiyası iclasda mandat komissiyasının sədri Mustafayev Nurəddin, katibi işə Qədirova Reyhan seçilmişlər.
İdeal Partiyasının təsis qurultayı Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunun III maddəsinə uyğun olaraq qərara almışdır:
1. Partiyanın təşkilat komitsəinin təsis istiqamətlərində işi qənaətbəxş hesab edilsin.
2. İdeal Partiyası təsis edilsin.
3. İdeal Partiyasının təsis olunması ilə əlaqədar sənədlər qeydiyyata alınması üçün səlahiyyətli nümayəndə tərəfindən Ədliyyə nazirliyinə təqdim edilsin.
103 nəfərin lehinə səs verdiyi qurultayda İdeal Partiyasının nizamnaməsi qəbul olunmuş, partiyanın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 11, mənzil 24 təsdiq edilmişdir. Partiyanın təsis qurultayı Partiyanın nizamnaməsinin 6.4.3-cü bəndinə uyğun olaraq qərara almışdır ki, İdeal Partiyasının Siyasi Şurasının say tərkibi 15 nəfərdən ibarət olamqla təsdiq edilsin.
Sonra iclas sədri bildirmişdir ki, qurultayın qərarı ilə partiya üzvlərindən bir nəfərə səlahiyyət verilməlidir ki, həmin şəxs partiyanın Ədliyyə nazirliyində qeydiyyata alınması üçün sənədlərin hazırlanması ilə məşğul olub sənədləri Ədliyyə nazirliyinə təqdim etsin.
Təklif olunmuşdur ki, bu məsələ Partiyanın rəhbəri Quliyev Nazim Telman oğluna həvalə edilsin. Təklif səsə qoyularaq yekdilliklə qəbul olunmuşdur. Qərara alınmışdır ki, dövlət qeydiyyatı ilə bağlı aidiyyəti sənədlərin hazırlanıb Ədliyyə nazirliyinə təqdim olunması, müvafiq yazışmaların aparılması səlahiyyəti Partiyanın rəhbəri Quliyev Nazim Telman oğluna həvalə edilmişdir.
Sonda qurultay gündəlikdə duran məsələlərin müzakirəsindən sonra öz işini yekunlaşdırmışdır.
Rüfət Kamil