Bu gün:


AZAL-ın təyyarəsinə dəyən zərərə görə 431 min ödənildi

Tarix: 29.12.2023 / 19:51  •   Oxundu: 105 dəfə  •  

“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus sərnişin təyyərəsinin zədələnmiş mühərrikinə görə 431 min manatdan çox sığorta ödənişi verib.
İDEAL medianın məlumatına görə, ödəniş Azərbaycan Hava Yolları QSC-yə (AZAL) ödənilib.
Belə ki, aviaşirkətə məxsus sığortalı təyyarə ötən il Naxçıvan-Bakı reysi üzrə uçuş həyata keçirərkən onun mühərrikinə yad cisim düşüb və mühərrik zədələnib. Araşdırmalar və qiymətləndirilmələr bitdikdən sonra bu il dəymiş zərərin dəqiq məbləği müəyyənləşdirilib və ödəniş həyata keçirilib.