Bu gün:


AZƏRBAYCANDA DƏMİR YOLLARI İLƏ YÜKDAŞIMA AZALIB, SƏRNİŞİNDAŞIMA İSƏ ARTIB

Tarix: 17.02.2024 / 16:26  •   Oxundu: 139 dəfə  •  

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb.

İDEAL.AZ bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % az və 30,1 % çoxdur.

Ötən ay orta hesabla sutkada 326 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.