Bu gün:


Qobustanda qadın öldürüldü, əri intihara cəhd etdi

Tarix: 02.03.2024 / 12:50  •   Oxundu: 105 dəfə  •  

Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


İDEAL bildirilib ki, martın 2-də saat 11:30-da Qobustan rayonunda 1982-ci il təvəllüdlü Günel Tahir qızı Sadıqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.


Cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü G.Sadıqovanın həyat yoldaşı Mürsəl Əlislam oğlu Cabbarov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.