Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxmağı hədəfləyib
Tarix: 06.03.2024 / 11:41 •
Oxundu: 127 dəfə •
Azərbaycan gimnastı Rəsul Əhmədzadə Bakıda keçiriləcək Dünya Kubokunda finala çıxmağı hədəfləyib.
İDEAL xəbər verir ki, bunu idman gimnastikası üzrə kişilərdən ibarət millinin üzvü jurnalistlərə açıqlamasında deyib.
O, ilk dəfə belə mötəbər yarışa qatılacağını söyləyib: “Karyeramda birinci dəfə Dünya Kubokunda iştirak edəcəyəm. Buna görə də həyəcan var. Yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. Hazırlıqlar çətin keçir. Hərəkətlərin hamısını dəqiq yerinə yetirmək asan deyil. Ancaq bunun öhdəsindən gəlməyə çalışıram. Üç növ üzrə çıxış edəcəyəm. Yarışa tam hazıram. Əvvəlcə finala çıxmaq, daha sonra isə fəxri kürsüdə yer almaq niyyətindəyəm”.
R.Əhmədzadə Dünya Kubokuna qatılacaq idmançıların hamısının güclü olduğunu bildirib: “Biz bu rəqabətə hazırıq. Komanda olaraq yarışa yüksək səviyyədə hazırlaşmışıq”.
Qeyd edək ki, Dünya Kuboku martın 7-10-da Milli Gimnastika Arenasında keçiriləcək.