Bu gün:


Qobuda itlərin dişlədiyi uşaq reanimasiyadan palataya köçürülüb

Tarix: 11.03.2024 / 11:05  •   Oxundu: 128 dəfə  •  

Qobuda itərin dişlədiyi uşaq bu gün reanimasiyadan palataya köçürülüb.
Bu barədə İDEAL-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.


Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir".
Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.