Bu gün:


"Həyatımın sonuncu gününü yaşayıram"- Məşhur aparıcıdan etiraf

Tarix: 15.12.2020 / 13:36  •   Oxundu: 156 dəfə  •  

Tanınmış teleaparıcı Günay Firudinqızı sosial şəbəkə hesabında etdiyi paylaşımı ilə diqqət çəkib.
Aparıcı qara rəngdə olan qızılgül şəkli paylaşaraq, bu sözləri yazıb:
"Həyatın harasında olduğumu soruşsanız, deyərəm ki, sonundayam. Hansı gününü yaşayıram desəniz, sonuncu gününü deyərəm.
Əgər soruşsanız ki, kimə sığınmışam, cavab verərəm ki, Allaha.
Ən çox nəyə ehtiyacın var soruşsanız, deyərəm ki, səbrə.
Allahdan Səbr diləyirəm özümə və ailəmə.
Dar gün adama çox şey öyrədirmiş.
Sən demə insanların da ömrü, qızılgül kimi qısa imiş. Bir açarsan, bir solarsan."