Bu gün:


Etirazçılar Müdafiə Nazirliyini ələ keçirdilər

Tarix: 16.12.2020 / 12:45  •   Oxundu: 95 dəfə  •  

Ermənistanda Qarabağ məğlubiyyətindən sonra siyasi gərginlik pik nöqtəsinə çatıb.
Ermənistan KİV-ləri xəbər verir ki, övladları itkin düşmüş əsgər yaxınları Müdafiə Nazirliyinin darvazalarını sındıraraq əraziyə daxil olublar. Yüzlərlə insan nazirliyin binasına daxil olaraq məsul şəxslərin onlara cavab verməsini tələb edib.
Daha bir etirazçı qrupu isə Gümrdü-Bavra yolunu bağlayıblar. Bu magistral yol Ermənistanı Gürcüstanla birləşdirən əsas yol hesab olunur.
Etirazçılar baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb ediblər.