Bu gün:


Ordumuz yüzlərlə erməni silahlısını əsir götürüb!

Tarix: 16.12.2020 / 13:03  •   Oxundu: 222 dəfə  •  

Görünür, erməni ordusunda məğlubiyyətin yaratdığı ruh düşkünlüyü, intizamsızlıq və özbaşınalıq hələ uzun müddət davam edəcək. Özlərinin “məğlubedilməzliyindən”, “döyüşçü ruhundan” və s. nağıllardan dəm vuran ermənilər, sanki Azərbaycan tərəfinə əsir düşməkdən zövq almağa başlayıblar.Azərbaycan tərəfi bununla bağlı rəsmi məlumat yaymağa tələsməsə də, erməni mətbuatı artıq iki gündür əsl vay-şüvən qoparır. Rəsmi mənbələrdən dəqiq məlumat almaqda çətinlik çəkən Ermənistan mətbuatında müxtəlif versiyalar səsləndirilsə də, ümumilikdə ən azı onlarla silahlının Azərbaycan Göründüyü kimi, erməni tərəfi onlarla, bəlkə də daha çox silahlısının Azərbaycan Ordusu tərəfindən əsir götürüldüyünü rəsmən etiraf edib. Lakin həmin ermənilərin məhz hansı istiqamətdə əsir düşdükləri barədə qeyri-müəyyənlik var. Belə ki, istər erməni mətbuatında, istərsə də sosial şəbəkələrdə təkcə Hadrutun məlum iki kəndində deyil, Şuşanın Qaladərəsi istiqamətində də bir qrup erməni hərbçisinin Azərbaycan ordusu tərəfindən tərksilah edildiyi barədə məlumatlar yayılıb. Bəzi iddialara görə onların toplam sayı 160-dır.
Hər necə olsa, görünən odur ki, müharibə bitsə də ermənilər əsir düşməkdə davam edirlər və Azərbaycan Ordusu istənilən erməni təxribatının qarşısını dərhal almaq bacarığını göstərməkdədir.