Bu gün:


Meyxanaçı pulsuzluqdan taksi sürməyə başladı

Tarix: 17.12.2020 / 14:06  •   Oxundu: 239 dəfə  •  

Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı Samirə Yusifqızı karantin sərtləşdikdən sonra vəziyyətinin daha da çətinləşdiyini bildirib.
Söz ustadı pul qazanmaq üçün taksi sürdüyünü deyib:
“Vəziyyət yaxşı deyil. Taksi sürürəm, elə bu dəqiqə taksidəyəm, müştəri aparıram. Artıq sürücülük etməyə başladım, vəziyyət belədir. Bundan sonra nə edəcəyimi bilmirəm. Yalnız düşünürəm ki, maşının gündəlik icarə pulunu necə verim, necə benzin töküb şəhərə çıxım ki, axşam evimə 5 manat pul apara bilim. Hələ ki, başqa heç nə fikirləşmirəm”