Tanınmış meyxanaçı evini satır: “Gəlir yerim yoxdur”
Tarix: 19.09.2020 / 23:47 •
Oxundu: 299 dəfə •
Meyxanaçı Samirə Yusifqızı da evini satışa çıxarıb.
Meyxanaçı maddi cəhətdən sıxıntı yaşadığını deyib. Pandemiya səbəbindən məclislərdə iştirak edə bilməyən söz ustası pulsuzluqdan şikayətlənib:
“Pandemiyadır, gəlir yerim yoxdur, nə iş var, nə də pul. Hazırda yaşadığım evi satıram. Ev Bakının Əhmədli qəsəbəsində yerləşir. 5 sotun içərisində tikilmiş, tam hazır evdir”.
Meyxanaçı külli miqdarda borcu olduğu üçün bu addımı atdığını bildirib.
Qeyd edək ki, son günlər pandemiya səbəbi ilə gəlir yerləri olmayan bir çox məşhur evini satışa çıxarıb. Müğənni Xuraman Şuşalı Qaraçuxurdakı evini, Xalq artisti Brilliant Dadaşova bağ evini və maşınını, idmançı Kamil Zeynallı evini satışa çıxarıb.