Bu gün:


Dünya liderləri gənc yaşlarında görün nə ilə məşğul olub

Tarix: 17.12.2020 / 18:14  •   Oxundu: 342 dəfə  •  

 Tramp, II Yelizaveta, Putin, Nazarbayev, Timoşenko, Kim Çen In.
1. ABŞ-ın 45-ci prezidenti Donald Tramp gənc yaşlarında kino məktəbinə qəbul olmaq istəyib, lakin biznesə olan maraq onu  Pensilvaniya Universitetinə girməyə vadar edib.
2. Qazaxstanın birinci prezidenti Nursultan Nazarbayev  məktəb illərində idmanla  və kitab oxumaqla məşğul olub. O eyni zamanda oxuduğu məktəbin lideri olub. O özünə daha tez bir zamanda yaxın ətraf toplamağı bacarıb.
3. Şimali Koreya lideri Kim Çen isə elə yeniyetmə illərində ölkənin lider rolunu üzərinə götürməyə hazır olub. Bununla belə o, təyyarə və gəmini sevib. Bu məqsədlə o hətta təyyarəçilik məktəbini bitirib.
4. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili isə məktəbi qızıl medalla bitirib. O idmanın daha çox basketbol və üzgüçülük növü ilə məşğul olub. O eyni zamanda musiqi və xarici dil öyrənməyə də həvəsli olub.
5. Ukraynanın sabiq baş naziri Yiliya Timoşenko isə  məktəb illərində ulduz olub. O prefesional bədii gimnastika ilə məşğul olub. O hətta  idmanda ciddi uğurlar əldə edib.
6. Rusiya prezidenti Vladimir Putin isə məktəb illərindən  şərq döyüş idman növləri ilə məşğul olub. İdmanla məşğul olmaq onun dərslərinə heç bir maneçilik yaratmayıb.
7. Ukraynanın indiki prezidenti Vladimir Zelenski isə gənc yaşlarında ağır atletika, bal rəqsləri ilə məğul olmağı, pianoda ifa etməyi sevib.
8. Böyük Britaniyanın kraliçası II Yelizaveta isə  təhsilin evdə alıb. O fransız dilini sərbəst şəkildə öyrənib. İkinci Dünya Müharibəsi dövründə təcili tibbi maşın  sürüb  və  o leytenant rütbəsi alıb. 
9. ABŞ-ın 44-cü prezidenti Barak Obama məktəb illərində basketbolla maraqlanıb. O həyat yoldaşı Mişelin dəstəyi ilə böyük siyasətə  gəlib.