Bu gün:


Cəlilabadda şəhid əsgər dəfn edildi

Tarix: 17.12.2020 / 18:16  •   Oxundu: 323 dəfə  •  

Rayonun Alar kənd sakini, Hüseyinli Əkbər Azər oğlu ilə yaşadığı evində vida mərasimi keçirilib.
Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim edilib.
Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.
Qeyd edək ki, şəhid əsgər bir müddət idi itkin düşmüşdü.