Bu gün:


Baydenə xəbərdarlıq: Ankara ilə əlaqəni pozma!

Tarix: 18.12.2020 / 09:58  •   Oxundu: 26 dəfə  •  

Ankaraya həddindən artıq təzyiq etmək onu Qərbdən daha da uzaqlaşdıra bilər.
Bu barədə siyasi ekspert Kristofer Millerin "Yerusəlim Post" qəzetində dərc edilən məqaləsində bildirilib.
Miller ABŞ-ın yeni rəhbəri Co Baydenə tövsiyəsində vurğulayıb ki, Türkiyə ilə yaxşı münasibətlər ABŞ-ın strateji hədəfləri üçün çox vacibdir:
"Türkiyə üç qitəni əhatə edən mühüm bir qüvvədir. Münasibətləri gücləndirmək üçün top artıq ABŞ-ın sahəsindədir. Bayden sürətlə dəyişən Yaxın Şərq, Çinlə gərgin münasibətlər və ABŞ-ın maraqlarına zidd olan kiçik səviyyəli qarşıdurmalarla üz-üzə qalacaq. Ən vacib hədəflərdən biri də Türkiyə lideri Ərdoğana yaxınlaşmaq olacaq. Bayden rəhbərliyinin Ankaraya qarşı həssas düşüncələri necə tarazlaşdıracağı bu vacib müttəfiqlə gələcək münasibətləri müəyyən edəcək".