Qazi Elçinlə bağlı xoş xəbər: Qəlpə ürəkdə deyil
Tarix: 18.12.2020 / 10:57 •
Oxundu: 75 dəfə •
Vətən müharibəsinin fəal iştirakçılarından olan Elçin Səmədovun döyüş yolu çox ağır olub. O, Qarabağ torpaqlarının erməni yaraqlılarından təmizlənməsi uğrunda döyüşlərdə qəlpə yarası alıb.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında kardiologiya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Səməd Səmədli onun müalicəsinin gedişi haqqında deyib:
“Əvvəlcə aparılan rentgen müayinəsi nəticəsində ürəyində qəlpə yarası olduğu barədə şübhə var idi. Elçin stasionar müalicəyə cəlb edilərək üzərində təkrar tomoqrafik, ağciyər rentgeni və digər müayinələr aparıldı və bundan sonra qəlpənin ürək nahiyəsində deyil, onurğaətrafı əzələlərdə olduğu aşkarlanıb. Yaranın ürəkdə olmadığı bizi çox sevindirdi və intensiv müalicələrə başladıq Əsgərimizin ətraflarında da iki kiçik qəlpə var, onlardan biri Elçinin dodağında, digəri sol qabırğasındadır. Plastik cərrahlar dodaqda olan qəlpəni əməliyyat nəticəsində xaric edəcəklər, digər qəlpə isə yaxın günlərdə çıxarılacaq. Onun nevroloji-psixoloji problemləri də var və yaxın günlərdə həmin problemlərin də aradan qaldırılması üçün tədbirlər görüləcək. Artıq xəstənin vəziyyəti ilə əlaqədar bütün şübhə və narahatlıqlar arxada qalıb və hər şey yaxşılığa doğrudur”.