Xocavənddə yaralı yoldaşlarını xilas edən qəhrəman şəhidimiz
Tarix: 18.12.2020 / 16:08 •
Oxundu: 96 dəfə •
44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Qubadlı rayonundan olan Həsənzadə Məhəmmədəli Hörmət oğlu da var.
H.Məhəmmədəli 1999-cu il may ayının 1-də Sumqayıt şəhərində doğulub.
O, 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayonunun Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib.
Həmin ilin qəbul imtahanlarında 356 bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin Biznesin idarəçiliyi fakültəsinin “Menecment” ixtisasına qəbul olub. 2020-ci ilin iyul ayında ali təhsili başa vuraraq hərbi xidmətə göndərilib və Qusar rayonunda N saylı hərbi hissəsində xidmət edib.
Məhəmmədəli sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. Döyüşlərdə böyük şücaət göstərən Məhəmmədəli düşmənin bir neçə texnika və canlı qüvvəsini məhv edib. O, Hadrutda gedən ağır döyüşlərdə əsgər yoldaşının həyatını xilas edib. Döyüş yoldaşı Yarıyev Azər deyir ki, həyatda sağ qalmasına görə Məhəmmədəliyə borcludur. Onun sözlərinə görə, Məhəmmədəli ondan başqa, daha bir neçə nəfəri yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olub.
Şəhidimizin atası Hörmət Həsənzadə isə Birinci Qarabağ və Aprel döyüşlərində iştirak edib. Oğlunun şəhid olması ilə fəxr edən ata “Mənim yarımçıq qoyduğum işi oğlum layiqincə bitirdi” deyir.
Cəbrayıl, Füzuli, Hadrut istiqamətində vuruşan Məhəmmədəli noyabrın 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 8-də Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Həsənzadə Məhəmmədəli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!