Qazi ananın şəhid oğlu
Tarix: 20.12.2020 / 12:02 •
Oxundu: 83 dəfə •
Özü Birinci Qarabağ Müharibəsində yaralanıb, yeganə övladı isə İkinci Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olub. Söhbət Gəncə sakini Nailə Ələkbərovadan gedir.
Nailə xanım Gəncənin Tağı Arani küçəsində “DETAL” Alüminium zavodunun yataqxanasında birotaqlı mənzildə yaşayır. Gənc yaşlarında zavodda fəhlə kimi işə başlayıb. Lakin 1992-ci ildə Xocalı soyqırımı və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər onu sarsıdıb və bir neçə dəfə hərbi komissarlığa gedərək döyüşə getmək istədiyini bildirib.
Nəhayət, 1992-ci ilin may ayında könüllü olaraq döyüşlərə qatılıb. Tərtər istiqamətində, Torpaqtəpə, Ağdərə və Həsənqaya uğrunda gedən güclü döyüşlərdə iştirak edib.
Nailə Ələkbərova deyir ki, 1992-ci il iyunun 13-də Torpaqtəpə əməliyyatında düşmən gülləsinə tuş gələrək yaralanıb:
“230 nömrəli hospitala gəldim, müalicə aldım, bir də döyüş bölgəsinə qayıtdım. Bədənimdən üç qəlpə çıxartdılar, üçü qaldı”.
Nailə xanım 1993-cü ilə kimi döyüşlərdə iştirak edib. Müharibədən qayıdandan sonra yenidən öz işinə bərpa olunub. Amma onu qarşıda daha böyük sınaq gözləyirmiş.
Gözünün ağı-qarası olan yeganə övladı Rəşad Ələkbərov sentyabrın 27-də başlayan Vətən Müharibəsinə iki gün sonra könüllü olaraq yollanıb. Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək, düşmənin xeyirli sayda canlı qüvvəsini və texnikasını məhv edib. 23 yaşlı Rəşad Laçın dəhlizində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsində ucalıb.
Anası ilə son danışığı noyabrın 7-də səhər saatlarında olub. Rəşad ön cəbhədə, döyüşdə olmağını anasından həmişə gizlədib:
“Hər gün zəng edib danışırdı, 7-si səhər-səhər zəng elədi, dedi, zəng çatmasa, narahat olma, özüm zəng edəcəyəm. Sonra zəng gəlmədi”.
Rəşadın uşaqlıqdan hərb sahəsinə həvəsi olub. Həqiqi hərbi xidmətini ön cəbhədə keçirib. Hərbi xidməti başa vurub gələndən sonra restoranların birində videooperator işləyirmiş.
Yaxınları onun uşaqlıqdan vətənpərvər və mərd övlad olduğunu deyir. Qohumu Mahir Babayevin sözlərinə görə, qonum-qonşunun “evin tək oğlusan, getmə” məsləhətləri Rəşadı Vətən uğrunda silaha sarılmaq fikrindən daşındıra bilməyib:
“Nailə xanıma deyirdim ki, Rəşad gözünü açıb səni belə hərbi formada görübsə, nə qədər desən də getmə, gedəcək. Çünki o tərbiyəni alıb”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə əsgər Rəşad Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.