Saqqalı kəsiləndən sonra ailəsi 10 il əvvəl itkin düşən yaxınlarını tanıdı
Tarix: 23.12.2020 / 09:32 •
Oxundu: 136 dəfə •
Xeyriyyə məqsədi ilə saçları kəsdirilən evsizin sosial mediada şəkli yayılandan sonra ailəsi kişini tanıyıb. Məlum olub ki, o, 10 il əvvəl itkin düşüb.
Hadisə Braziliyada baş verib.
Joau Koelyo Qimares 2010-cu ildə itkin düşüb. O, həyatda qalmaq üçün 10 il küçələrdə gəzib və zibil toplayıb
Bu yaxınlarda isə kişi geyimləri mağazası və bərbər salonuna sahib olan iş adamı Alessandro Lobo müəssisənin yaxınlığında gördüyü Qimaresə yemək təklif edib. Braziliyalı bundan imtina edib, ancaq bərbərin onu qaydasına salmasını xahiş edib.
“Sonra evsiz adama kömək etmək qərarına gəldik və onun üçün bir gözəllik günü təşkil etdik”, - deyə Lobo bildirib.
Kişinin saçı-saqqalı qaydasına salındıqdan sonra Qimaresə üç köynək, şalvar, gödəkçə və yeni ayaqqabı hədiyyə edilib. Lobo daha sonra Qimaresin şəklini çəkib, digər sahibkarları da ehtiyacı olan insanlara köməyə təşviq etmək üçün “dəyişikliklərdən əvvəl və sonra” adı ilə sosial mediada paylaşıb.
Paylaşım braziliyalının yaxınlarının da diqqətini çəkib. Onlar kişini tandıqdan sonra onunla görüşüblər.
“Qohumları fotonu gördülər, Qimaresin telefonu və ya daimi ünvanı olmadığı üçün mənimlə əlaqə saxladılar. Miladdır və birinin həyatını dəyişdirmək üçün nə qədər az şey lazım olduğunu göstərmək istədim. Bunun belə nəticələrə səbəb olacağına dair heç bir fikrimiz yox idi”,- deyə Lobo vurğulayıb.