Bu gün:


Ölmüş hesab olunan kişi dəfn hazırlıqları zamanı oyandı

Tarix: 24.12.2020 / 09:23  •   Oxundu: 193 dəfə  •  

Hindistanın Andra-Pradeş ştatında ölmüş hesab olunan kişi dəfn hazırlıqları zamanı oyandı.
Hadisənin baş verdiyi kənd başçısı yerli sakinlərin dediyinə görə iki gündür ağacın altında huşsuz vəziyyətdə yatan naməlum kişini şəxsən müayinə edib. O, kişini ölmüş hesab etdikdən sonra dəfn barədə göstəriş verib.
Kəndin yaxınlığında qəbir qazıldıqda kişi qəfildən ayılıb və oturub. O, dərhal xəstəxanaya aparılıb. Orada tibbi yardım alıb. Lakin bir gün sonra kişi həqiqətən də ölüb.