Hər an İstanbulda 7 baldan güclü zəlzələ ola bilər
Tarix: 24.12.2020 / 10:00 •
Oxundu: 212 dəfə •
Mərmərənin altında yığılan enerji daha uzun müddət tab gətirəcək vəziyyətdə deyil. Ən uzağı 30 il ərzində zəlzələnin olma ehtimalını söyləmişdik və bu ehtimal 64 faizdr. Yəni zəlzələnin yaxınlaşdığını söyləmək olar.
Bunu Türkiyənin tanınmış mütəxəssisi Naci Görür bildirib.
"1999-cu il zəlzələsini əsas götürərək, yeraltı təkanın 30 il ərzində baş vermə ehtimalının olduğunu söyləmişdik. Həqiqətən, İstanbulu ən azı 7.2 bal gücündə zəlzələ gözləyir. 1999-2014-cü illər arasında aparılan araşdırmalar nəticəsində görürük ki, iki fay Mərmərənin altına sıxılıb. Oradakı qayalar möhkəmliyini itirən an zəlzələ baş verəcək. Bu fay Yaşılköylə Silivri arasında yerləşən 65 kilometrlik Kumburqaz xəttidir", - Görür vurğulayıb.
Qeyd edək ki, N.Görür daha öncə də İstanbul, Bingöl və İzmirdə güclü zəlzələnin gözlənildiyi barədə xəbərdarlıq edib.