Bu gün:


NAZİM İDEAL : HÜQUQ VƏ QANUNLAR COVİD-19-DAN XİLAS EDİLMƏLİDİR!

Tarix: 26.12.2020 / 15:18  •   Oxundu: 266 dəfə  •  

Bu ölkədə elə bir ləyaqətli adam tapmaq mümkünsüzdür ki, O mafiyanın dövlət aparatında kök saldığı, banditizmin idərəçilik formasına keçirildiyi “HMO”-dan bu və ya digər formada razı qalsın.

 

San ki,qanun bunlar üçün  yazılmayıb, yazılıbsa oxunmayıb, oxunubsa düz oxunmayıb, düz oxunubsa başa düşülməyib!?

Qarşındakı çiyni paqonlu, ortası qaytanlı vəzifəli şəxsə nə qədər qanun-hüquq müddəalarından bəhs edirsən sonda sənə deyəcəyi söz bu olur:

 

“Mən Sizi başa düşürəm ,düz deyirsiz, amma biz göstərişlə işləyirik.Yuxarıdan nə desələr onu etməyə məcburuq.”

Doğrudanda tragikomik bir ölkənin Vətəndaşlarıyıq! 

Bilmirik ermənizmə qarşı ön cəbhədə vuruşaq, yoxsa arxa cəbhədə ki, başları mədələşmiş direktivlərin yolunu gözləyən despotlarla?!


Barəsində milyonların mənfi diaqnoz verdiyi hüquq sistemi mütləq və təcili müalicə edilməlidir!

Axı bu başı boş hüdudsuzlar eyni zamanda cəmiyyətin həssas təbəqəsi olan Şəhid ailəsi, Qazilərimizin qarşılaşacağı problemlərin həllinə məsul edilmişlərdəndir!!!