“Şəhid olmamışdan əvvəl anamın yuxusuna yaralı girmişdi”
Tarix: 29.12.2020 / 12:38 •
Oxundu: 155 dəfə •
21 yaşlı Tural Məmmədov Vətən müharibəsinin ilk günlərindən könüllü ön cəbhəyə yollananlardandır. Füzulidən başlanan döyüş yolu Şuşaya qədər uzanıb. Döyüşdə ağır yaralansa da, yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxarıb, onların həyatını xilas edib. Şuşanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin bacısı Y. Məmmədovanın sözlərinə görə, əslən Qərbi Azərbaycandan olan Məmmədovlar ailəsi əvvəlcə Daşkəsəndə məskunlaşıb. Tural da 1999-cu ildə elə bu rayonda dünyaya gəlib. Daha sonra Bakıya köçüblər. Tural 2006-cı ildə Rəsulzadə qəsəbəsində 99 nömrəli məktəbin 1-ci sinfində başladığı orta təhsilini 2017-ci ildə kirayə yaşadıqları Mehdiabad qəsəbəsinin 1 nömrəli məktəbində bitirib.
Bacısı deyir ki, qardaşı yaşadığı qısa ömrü boyu heç kəsin xətrinə dəyməyib, heç kimi incitməyib. Təkcə ailəsinin deyil, həm də müəllimlərinin sevimli şagirdi olub:
“Məktəbi bitirən ili 18 yaşı tamam olduğuna görə hərbi xidmətə çağırıldı. 1il 6ay əsgərliyini layiqincə çəkib ötən il evimizə qayıtmışdı. Qayıtdıqdan sonra bir çox işlərdə işləyib ailəmizi dolandırırdı. İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl könüllü olaraq cəhbəyə yazıldı. Əvvəlcə təlimlərdə iştirak etdi, müharibə başlanandan sonra isə Füzuli istiqamətində döyüşlərə başladı. Sonuncu döyüşü Şuşada olub, burada 6 yaralı əsgəri xilas etdikdən sonra ürəyindən aldığı qəlpə nəticəsində şəhidlik zirvəsinə ucalıb”.
Ailəsi Turalla sonuncu dəfə 5 noyabrda – şəhidin ad günündə danışıb. Ondan sonra xəbər ala bilməyiblər. Turalın şəhid olacağı sanki ürəyinə damıbmış kimi son zəngində anasından halallıq istəyib. Şəhid olacağını doğmaları da hiss edibmiş:
“Tural şəhid olmamışdan əvvəl anamın yuxusuna yaralı olaraq girmişdi. Ana ürəyi hiss edərmiş deyirlər. Noyabrın 9-u qardaşım şəhid olub, həmin gün axşamdan anam narahat idi. Sonra bir anlıq anamın yuxusuna girib, özü də yaralı olub, başını anamın dizinin üstünə qoyubmuş. Elə həmin gecə mənim də ürəyim sancdı. Biz əkiz olmasaq da, həmişə qardaşımla bir-birimizi hiss edirdik. Həmin gecə anama dedim ki, qardaşımın sol çiynindən ürəyinə yaxın hissədən güllə dəyib”.
Y. Məmmədova şəhid qardaşını həm də bütün qohum-əqrəbanın sevimlisi kimi xatırlayır:
“Turalın gözəl əl qabiliyyəti var idi. Mən həmişə onu qısqanırdım, istəyirdim mən də elə gözəl şəkillər çəkim. O, qohumların, dost-tanışlarının sevimlisi idi. Hamı onu çox mehriban, mərd oğul kimi tanıyırdı.”
Tural Məmmədov həm də öz Vətəninə, bayrağına çox bağlı olub. Bacısının sözlərinə görə, hələ müharibə başlamamışdan əvvəl Şəhidlər Xiyabanına gedərək şəhidləri yad edibmiş. Sanki şəhid qəhrəmanımız bu görüşün sonuncu olacağını bilirdi. Noyabrın 12-dən bəri özü də həmin şəhidlərin arasında - Xırdalan Şəhidlər Xiyabanında uyuyur.
Xatırladaq ki, şəhid Tural Məmmədovun anası, bacısı və nənəsindən ibarət ailə üzvləri uzun illərdir kirayədə yaşadığından, banklardan biri onların ev probleminin həllini öhdəsinə götürüb. Artıq Bakıda evin alınması istiqamətində işlərə başlanılıb və ailə üzvlərinə bu haqda məlumat verilib.