Bu gün:


“Qızı 5 kişi istəyirsə, özü həmin şəxslər arasında seçim etməlidir”

Tarix: 30.12.2020 / 14:09  •   Oxundu: 100 dəfə  •  

“Bir qızı 5 kişi istəyir. Ancaq qız razılıq vermədən onunla evlənmək olmaz. O özü həmin şəxslər arasından seçim edir. Bu, ona Tanrı tərəfindən verilmiş üstünlükdür”.
Bunu vitse-spiker Fəzail İbrahimli parlamentdə çıxış edərkən deyib. O qeyd edib ki, gender bərabərliyini süni sürətdə yaratmaq olmaz: “Seçkili orqanlarda bu, təbii seçim olmalıdır. Biz deyə bilmərik ki, qadınları seçin. Əgər buna demokratik proses kimi yanaşırıqsa. Elm sahəsində bu belədir.

Kimin savadı  varsa, o elm sahəsində yüksəlir. Gender  siyasəti əsasən qadınların hüquqlarının pozulması istiqamətində olmalıdır.  13 yaşında qızın ərə verilməsi  məsələsi  aktual olmalıdır. Bu sahə hüququ pozulmuş qadınların hüquqlarını bərpa etməkdən ibarətdir”.