“Şəhidlərimizə, qazilərimizə hörmətsizlik edən heç kəsə haqqımızı halal etmirik...”
Tarix: 03.01.2021 / 16:57 •
Oxundu: 189 dəfə •
“Röya Ayxan, Şəbnəm Tovuzlu, Afət Fərmanqızı kimi xalq düşmənlərini bu vəziyyətə bizlər gətirmişik...”
“Əslində dəyərli xalqımız dəyərsiz insanlara dəyər verdiyi üçün bu gün çox peşmandır. Odur ki, səhvlərimizi düzəldək, xalq adına olan mükafat da, medal da əsl qeyrətli, şərəfli insanlara verilsin”
Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi qazisi Hacı Vəliyev deyib. Qazimiz şəhid ailələrinə və qazilərimizə hörmətsizlik edən müğənniləri sərt tənqid edib:
“Röya Ayxan, Şəbnəm Tovuzlu, Afət Fərmanqızı kimi xalq düşmənlərini bu vəziyyətə bizlər gətirmişik. Heç kimdə günah yoxdur. Günah bizdədir ki, onları populyarlaşdırdıq, izlədik, bəyəndik, toyumuza çağırdıq və sonunda məxluqun biri bu məxluqların adını hər hansısa yolla siyahıya saldı və cənab İlham Əliyevdən “Xalq artisti” adı aldılar. Əslində dəyərli xalqımız dəyərsiz insanlara dəyər verdiyi üçün bu gün çox peşmandır.
Odur ki, səhvlərimizi düzəldək, xalq adına olan mükafat da, medal da ona gerçəkdən haqq edən insanlara verilsin. Tutduğu vəzifədən asılı olmayaraq şəhidlərimizə, qazilərimizə hörmətsizlik edən hər kəsə haqqımızı haram edirik, haram xoşunuz olsun”.
Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlunun Moskvada konsert verməsi sosial şəbəkədə sərt tənqid edilib.