Bu gün:


Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı

Tarix: 04.01.2021 / 11:01  •   Oxundu: 150 dəfə  •  

Rus sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa yola salınan növbəti karvanı müşayiət ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 100-ə yaxın, ümumilikdə isə 47 min 287 nəfər İrəvandan Xankəndinə qaytarılıb.

Xatırladaq ki, Rusiyanın, Azərbaycanın və Ermənistanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən, BMT-nin Ali komissarının nəzarəti ilə Dağlıq Qarabağ və ətraf rayonlara qaçqın və məcburi köçkünlər geri dönməlidirlər.