Bu gün:


Müsəlman həkim 200 xərçəng xəstəsinin 650 min dollarlıq borcunu sildi

Tarix: 05.01.2021 / 09:20  •   Oxundu: 106 dəfə  •  

ABŞ-da yaşayıb-işləyən müsəlman həkim Ömər Atik xərçəng xəstələrinin bir çoxunun hesablarını ödəyə bilməyəcəyini anladıqda onların tibbi xidmətlər üçün ödənişlərini ləğv etmək qərarına gəlib.

"Zamanla, sadəcə,  borclarını ödəyə bilməyən insanlar olduğunu anladım" -deyə doktor Atik bildirib.

Milad bayramı öncəsi o,  xəstələrinə xüsusi təbrik mesajları göndərib və onlara borclarının silindiyini  xəbər verib.

Arkanzas Tibb Universitetinin professoru olan pakistanlı  həkim bu ilin xüsusilə çətin bir il olduğunu və belə bir durumda xəstələrinə maddi kömək etməkdən böyük məmnunluq  hissi yaşadığını söyləyərək əlavə edib: 

"Xərçəng çox ağır bir xəstəlikdir və pandemiya zamanı bu xəstələr üçün daha ağır olur..." 

Ümumilikdə Ömər həkim 200 onkoloji pasientin 650 min dollarlıq  borcunu silib. 
"Mən sıradan bir həkiməm - adi bir insanam. Belə oldu ki, bu xəstə insanlara kömək etmək imkanı qazandım. Onları sevirəm, onlara əhəmiyyət verirəm və xəstələrim üçün nəsə bir şey edə bildiyimə görə çox xoşbəxtəm" " -deyə  müsəlman  həkim  sevinc hissi ilə vurğulayıb.