“Zərbə o qədər güclü idi ki, ayağımı yerindən qopardı, bağırsaqlarım qarnımdan çıxdı...”
Tarix: 07.01.2021 / 09:05 •
Oxundu: 144 dəfə •
"Bu gün ayağım yoxdu, yaralarım sağalmayıb, bağırsağım çöldədir, amma heç nəyə də təəssüflənmirəm"
“27sentyabrda bizim bir şəxsi heyətimiz Murov dağı istiqamətində döyüşdə idi, biz özümüz də başqa bir istiqamətdə döyüş əmrini gözləyirdik. Çox keçmədi ki, Murov dağı ətrafındakı yüksəkliklər azad edildi. Biz isə Fizuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, oraları azad etdik” Bunu Moderator.az-a açıqlamasında 21 yaşlı Qarabağ qazisi İlkin Rüstəmli deyib.
Füzuli rayonunda dünyaya göz açan qəhrəmanımız Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir. Vətən müharibəsi zamanı xəsarət alsa da, “canım vətənə fəda olsun” deyərək döyüşlərə qatılıb. Bir sıra yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin azad olunmasında da gənc qazimizin payı var.
“Hadrutdan yuxarıda Tuğ kəndini, Şuşa gedən yoldakı yüksəkliyi düşmənin əlindən biz almışdıq. Düşmən bizi artileriya ilə vursa da dayanmadan irəliləyirdik. Bu döyüşlərdə qolumdan güllə yarası aldım, amma o da mənim üçün problem deyildi.
Üstündən yarım saat keçməmişdi ki, olduğumuz mövqeyə tank mərmiləri yağdırmağa başladılar. Həmin mərmilərdən ağır yaralandım. Ard-arda, üç dəfə özü də. Yerə düşəndə elə bildim, daşın üstünə düşdüm. Amma sən demə, o daş yox, mənim patinkam imiş. Ayağım qopub, yerə düşmüşdü. Bilirsiz, biz bu yola çıxanda nəyisə itirib, nəyisə qazanacağmızı düşünməmişik. Bu gün ayağım yoxdu, yaralarım sağalmayıb, bağırsağım çöldədir, amma heç nəyə də təəssüflənmirəm. Təəssüfləndiyim bir məqam var ki, o da Şuşa ilə bağlıdır. Yaralandığım üçün Şuşaya getmək mənə qismət olmadı. Tək təsəllim budur ki, yaralananda məni döyüş meydanından çıxaran yoldaşlarım Şuşanın alınmasında şəxsən iştirak ediblər” - deyə İlkin bildirib.
İlkin deyir ki, qələbə xəbərini xəstəxanada alıb. O an keçirdiyi hissləri isə belə ifadə edir.
“Qələbə xəbərini mənə xəstəxanada dedilər. Həkim gəlib məni oyatdı ki, təbrik edirəm qələbə bizimdir. Çox gözəl hisslər yaşadım, göz yaşlarımı saxlaya bilmədim. Bundan gözəl sevinc ola bilərdimi?” - deyə Qazi bildirib.