Bu gün:


Çiyinlərdə gəldiyim gün ağlayarsan

Tarix: 07.01.2021 / 12:03  •   Oxundu: 149 dəfə  •  

"Nə atam, nə də qardaşım var. Hər şeyim o idi".
Bu sözləri şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva bildirib.

G.Tağıyeva qeyd edib ki, bir yerdə addımlamağı söz vermişdik: "Sentyabrın 27-də müharibə başlayanda dedi ki, ezamiyyətə gedirəm. Arada bir gün gəldi. Gedəndə ağladım. Mənə dedi ki, çiyində gələndə ağlayarsan".
R.Tağıyev 44 günlük müharibənin 39-cu günündə şəhid olub.
Özündən sonra üç övladı vətənə əmanət qalıb.