“İndi hamı çalıb-oxumağa başlayıb, əsas işlər isə kənarda qalıb”
Tarix: 09.01.2021 / 14:31 •
Oxundu: 159 dəfə •
“Bir qədər öncə internet resuslarında bir məlumat gördüm. Ermənilər yenə də öz yalanları ilə dünyanı aldatmaqda davam edir, qələbəmiz, digər faktları təhrif edərək, dezinformasiya yayırlar. Niyə bununla mübarizə aparmırıq?”.
Bu barədə Xalq artisti, tanınmış rejissor və aktyor Əbdül Mahmudov bildirirb. Xalq artisti qeyd edib ki, hələ də informasiya mübarizəsində uduzmaqdayıq:
“Ermənilər 200 ildir ki, bizim tariximizi, torpaqlarımızı, mədəniyyətimizi öz adlarına çıxıb, dünyanı bizə qarşı çevirməyə çalışırlar. Biz isə buna əhəmiyyət vermirik. Milli Elmlər Akademiyasının 20-yə yaxın institutu var, onlar nə işlə məşğuldurlar?
Bəli, biz Vətən müharibəsində qələbə qazanmışıq. Qələbəmiz, həqiqətlərimiz haqqında yalnız öz televiziyalarımızda, öz dilimizdə danışırıq. Buna da ki, özümüzdən başqa heç kəs baxmır. Dəfələrlə çağırış etmişəm ki, ay camaat, bütün hər şeyi dünyanın dilində danışın. Yaponun, ingilisin nə marağı var ki, gəlib sənin dilini öyrənsin və sənin həqiqətlərini araşdırsın. Ermənilər hazır materialları məhz xaricilərin dilində verir, informasiya müharibəsində qazanmağa çalışır.
Ermənilər indi “Arsak”, “Arsax” sözündən istifadə edirlər. Biz bu sözün mənasına heç diqqət etmək istəmirik. Halbuki “Arsak” sözü türk sözüdür, qədim türk tayfası olan sakların adı ilə bağlıdır. Arsak yəni “ər sak”, “sak kişisi”. Niyə bunu dünayaya izah etmirik? Əksinə, bu adın çəkilməsindən çəkinirik”.
Xalq artisti işğaldan azad olunan torpaqlarda konsert proqramlarının təşkil olunmasına da münasibət bildirib:
“Bəli, indi işğaldan azad olunmuş torpaqlarda konsertlər keçirəcəyik, festivallar, teatlar da təşkil edəcəyik. Lakin əsas işlər kənarda qalıb. Deyəndə də xətirlərinə dəyir. İndi konsertlərdən çox elmi təbliğata böyük ehtiyac var. Çalıb-oynamaq çox gözəldir. Lakin emənilər Qarabağla bağlı 40-a qədər yalançı adlar düzüb-qoşublar. Bunların davasını aparmaq, dünyaya çatdırmaq lazımdır. Tədbirdən-tədbirə deyil, hər zaman qəhrəman olmaq lazımdır. İndi səsi olan da, olmayan da hərbi paltar geyinib, vətənpərvərlik mahnısı oxuyur. Hərbi vətənpərvərlik mahnıları bariton üçün yazılan hayqırtıdır. Hər yerindən duran hərbi vətənpərvəlik mahnısı oxuya bilməz. Mahnıların da sözləri avara sözlərdən ibarətdir. Məsələn, "Vətənə gün düşdü" və sairə. Beləliklə, möhtəşəm dərdimizi şoumenliyə çevirmişik. Bunların qarşısı alınmalı, ciddi işlərlə məşğul olmalıyıq”.