"Mən utanırdım, amma məcbur etdilər Makedona şilləni elə vurum ki, təbii çıxsın..."
Tarix: 10.01.2021 / 17:23 •
Oxundu: 135 dəfə •
“Biz üçümüz də nə aktyoruq, nə də aktyor olmaq istəyirdik. Namiq obrazına çəkiləndə məktəbdə oxuyurdum, sakit bir uşaq idim, bu rola uyğun gəlirdim. Atam məni, bacımı və qardaşımı bu filmə ona görə çəkdi ki, yadigar qalsın. O heç vaxt istəmirdi ki, biz aktyor olaq, çünki çox çətin peşə idi. Qardaşımla bacım Cəbiş müəllimin övladları rolunda çəkildiyi üçün bizim səhnələrimiz ayrı-ayrı evlərdə lentə alınırdı. Ona görə də biz ümumi həyətdə olanda bir-iki dəfə birgə çəkilmişik”
“Bizim Cəbiş müəllim” filminin Namiqi-kinorejissor Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli deyib. O atasının aktyorlarla münasibətindən və filmdəki improvizələrdən də danışıb.
“Atam aktyorlarla çəkilişdən öncə böyük məşq keçirirdi. O, həmçinin aktyorlara sərbəstlik də verirdi. Elə buna görə də film improvizələrdən də yan keçməyib. Əliağa Ağayev, Nəsibə Zeynalova bu filmdə çox improvizə ediblər. Məndə improvizə yox idi. Makedona şillə vurduğum səhnəni 3-4 dubla çəkdik. Mən utanırdım, ona şillə vurmaq mənim üçün çətin idi. Amma məcbur etdilər şilləni elə vurum ki, təbii çıxsın. Onunla bizim xasiyyətimiz qətiyyən uyğun gəlmirdi. Mən sakit idim, o isə səs-küylü, sərt xasiyyətli. Bütün bunlara baxmayaraq onunla dil tapırdım” - deyə Ziya Seyidbəyli deyib.
Namiq rolunun ifaçısı filmin yaddaqalan səhnələrindən də danışıb.
“Yadımda qalan səhnələrdən biri "krisa" öldürmək idi. Elə oldu ki, o yanan qutunu daha sonra söndürə bilmədik. Atın quyruğu kəsilən səhnə də maraqlı idi. Ümumiyyətlə cavan oğlan üçün çəkiliş prossesinin özü maraqlıdır. Amma mən bilirdim ki, filmdə çəkilməyim birinci və axırıncı dəfədir, bundan sonra heç vaxt çəkilməyəcəm. Çünki həvəsim yox idi” - deyə o bildirib.
Ziya Seyidbəyli filmdə anasını oynayan Xalq artisti Səfurə İbrahimovadan da danışıb.
“Bu günlərdə eşitdim ki, Səfurə xanım rəhmətə gedib. Çox gözəl insan, gözəl sənətkar idi, təəssüf edirəm ki, sənətdən erkən küsüb bir kənara çəkildi. Mənim anamı çox yaxşı canlandırıb. Filmdə bir səhnə var, atamızı cəbhəyə yola salanda məni bağrına basıb, kövrəlirdi. O həqiqətən də həmin səhnənin çəkilişində kövrəlmişdi. Bizim onunla sonuncu görüşümüz bir verilişdə olmuşdu” - deyə Ziya Seyidbəyli deyib.