Cəbhəyə müğənni kimi yox, döyüşçü kimi yollanmışdım
Tarix: 12.01.2021 / 09:37 •
Oxundu: 149 dəfə •
“Cəbhəyə getməyə yaşım düşmürdü, çünki qismən səfərbərlik 35 yaşa kimi idi, mənim yaşım 35-i keçmişdi. Ona görə də qeyri-qanuni yolla cəbhəyə getdim. Lazımı yerdə vuruşub, texnika idarə edib, təminatları çatdırdıq. Dana, quzu kəsib əsgərlərə göndərdik. Əlimdən nə gəlirdi hər şey etdim, bunu edərkən çox fəxr hissi keçirdim”
Bunu cəbhəyə könüllü yollanan müğənni Vüqar Muradov deyib. O daha sonra əlavə edib.
“Cəbhəyə yola düşəndə ailəmlə görüşüb, halallıq aldım. Ailəm də mənə xeyir-dua verdi. Onlara dedim ki, mənə nəsə olsa gözünüzdən qətiyyən yaş gəlməsin. Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli, Hadrut, Şuşada və digər ərazilərdə oldum. Bir neçə yerdə ölümdən dönmüşəm, minaatan mərmisi düz yanımıza düşmüşdü. Mən maşının içində idim, qolumdan yüngül xəsarət aldım, amma döyüş yoldaşlarımın çoxu şəhid oldu” - deyə müğənni bildirib.
Müğənni cəbhəyə getməyi ilə bağlı instaqramda yazılan fikirlərə də toxunub.
“Hər bir ölkədə bu tip insanlar var. Sözün düzü, cəbhəyə getməyimlə bağlı hansısa səhifədə tənqidi fikirlərə rast gəlməmişəm. Müharibə şou-biznesin reklam yeri deyil, ciddi yerdir və orada həyatını hər an itirməklə üz-üzə qala bilərsən. Mən cəbhəyə müğənni kimi yox, döyüşçü, könüllü kimi yollanmışdım. Mənim orada digər əsgərlərdən heç bir fərqim yox idi. O ki, qaldı haqqımda yazılan rəylərə... Sözün düzü, özüm haqqında yazılan rəylərə baxmıram. Dostum deyir ki, biri yazmışdı ki, Vüqar özünü cəbhə ilə reklam edir. Oradakı insanlar o izləyicini susdurmuşdular” - deyə müğənni bildirib.
Vüqar Muradov bildirib ki, cəbhədə olduğu müddətdə heç bir sənət yoldaşından dəstək görməyib.
“İş adamları, sıravi insanlar bilirdilər ki, mən cəbhədəyəm, maşınlarla yardım göndərirdilər. Sənət yoldaşlarımdan da incimirəm, yazıqlar 10 aydır işləmirlər. Onlar da mənimlə eyni durumdadır. Mən onlardan axı nə tələb edə bilərəm? Karantin vaxtı yox, toyların vaxtı olsaydı onları qınamağa haqqım olardı” - deyə müğənni bildirib.