Bu gün:


Paşinyanın arvadı və qızları Moskvada təhqir edildi...

Tarix: 15.01.2021 / 09:26  •   Oxundu: 232 dəfə  •  

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan və qızları Moskva aeroportunda qalmaqalla üzləşərək, “satqınlar” şüarları ilə qarşılanıblar.
Qeyd edilir ki, bununla əlaqədar aeroportun gəlmə zalında təxliyə elan olunub.

Məlumata görə, bundan əvvəl Rusiyanın erməni icmasının nümayəndələri, rəsmiləri zorla aeroportun görüş zalına soxulublar və Anna Akopyanı, qızları Şuşan və Marianı "satqınlar" təhqiredici ifadəsi ilə qarşılayıblar.

Nikol Paşinyanın səfir vasitəsilə ailə üzvlərinin təhlükəsizliyini təmin etməyi xahiş etdiyi Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları təxliyə elan ediblər və zala girişi bağlayıblar.

Paşinyanın arvadı və qızları ehtiyat çıxış qapısı vasitəsilə avtomobillərə qədər müşayiət edilib. Erməni icmasının üzvləri onları "satqınlar, əclaflar" şüarları ilə qarşılayıblar.

Daha əvvəl teleqram kanal bildirib ki, Paşinyanın arvadı və qızları 10 silahlı "mühafizəçi"nin müşayiəti ilə Rusiya vətəndaşlığını almaq üçün Moskvaya gedib.

Anna Akopyan və qızları Moskvada ermənilərdən birinə məxsus oteldə qalırlar.