5 otaqlı fərdi yaşayış evi yanıb
Tarix: 15.01.2021 / 09:32 •
Oxundu: 117 dəfə •
Göyçay rayonunda fərdi yaşayış evində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Birinci Ərəbcəbirli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
