Bu gün:


İtkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşib

Tarix: 15.01.2021 / 09:39  •   Oxundu: 239 dəfə  •  

Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu məlum olub.
Həsənağa Abdullazadə 3 ay idi ki itkin hesab edilirdi.

Şəhid II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Həsənağa Abdullazadə 1993-ci ildə Lənkəran şəhərində doğulub. Ailəli idi.

Ailəsi onunla sonuncu dəfə oktyabrın 1-də danışıb.
O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!