Bu gün:


“8 Noyabr” metrostansiyası nə zaman açılacaq?

Tarix: 16.01.2021 / 11:38  •   Oxundu: 105 dəfə  •  

“8 Noyabr” stansiyasında infrastruktur baxımından tamamlanma işləri görülür”

Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyasının açılışı ilə bağlı hələ ki, dəqiq tarix müəyyən olunmayıb:

“Stansiyanın açılışı ilə bağlı dəqiq tarix bəlli olanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə həmin stansiyanın yanvarın sonunda açılacağı ilə bağlı iddialar yayılıb.